SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Rezonans” verilişi bu dəfə Oqtay Quliyevin həbsxana hekayələrini təqdim edib.

Oqtay Quliyev (cəzası 9 il) 20 il Rusiyada yaşayıb. Onun sözlərinə görə, orada ailəsi ilə birlikdə işləyib, yaşayıb:

"Orada meşə işi ilə məşğul olurduq. Meşələri qırıb şaxtalara verirdik. Böyük adamlarla söhbətim düşdü, məhkəmə 9 il həbs verdi. 45 qram narkotik maddə ilə tutulmuşam. Həbsdə olan tanışım mənə dedi ki, narkotiki bir adamdan götürüb bacıma verərsən. Sən demə bacısının döşünə kamera qoyublarmış. Narkotiki verəndə də kameraya çəkdilər. Mənim həbs olunmağıma səbəb başqadır. Qoca qonşumuz var idi ölənə yaxın torpağını bizə verdi. Oğlum oranı qazanda kömür çıxdığını bildirdi. Xəbər yayıldı, söhbət böyüdü. Bir dəfə mənə silahlı hücum etdilər. Məni tutdurub, torpağı əlimdən almaq istəyirdilər. Və beləcə istədiklərinə çatdılar, həbs olundum. Bir müddət orada qaldıqdan sonra, Azərbaycana göndərdilər. Həbsdə olarkən valideynlərim vəfat etdi”.

BAKU.WS