SİZİN REKLAM BURADA!
055 213 76 73



Yağışla bərabər göydən yerə qurbağa tökülüb. Nə qədər qəribə səslənsə də Goranboy rayon sakininin iddialarına görə, yerə yağışla birlikdə qurbağa da yağıb. Ekoloqlar isə belə bir hadisənin mümkün olduğunu, lakin bizim iqlimə uyğun olmadığını deyirlər.

Göydən yerə yağışla bərabər qurbağa tökülüb.

Goranboy rayonun sakinin iddialarına görə sonuncu dəfə rayona yağan yağışla bərabər göydən xırda qurbağalar da tökülüb.

"Xəzər Xəbər”in votsap nömrəisnə göndərilən videoda yerdə həiqqətən xeyli sayda qurbağa görmək mümkündür.

Ekoloqlar isə videogörüntüdə olduğu kimi göydən yerə qurbağa yağmasının mümkün olduğunu deyirlər.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, elə hadisələr ölkəmizin iqliminə uyğun olmadığı üçün bu ilkdir.

Ekoloqların sözlərinə görə qeyri adi təbiət hadisələrin əsas səbəblərindən biri də təbiətə olan yad təsirlərdir.

BAKU.WS