SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünən  ölümlə hədələnən "Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərə yenidən zənglər gəlməyə başlayıb.

 

Bu barədə jurnalistin özü BAKU.WS-ə məlumat verib. Aqil Ələsgərin verdiyi məlumata görə, bu dəfə onu hədələyən şəxsin yaxınları zəng vurmağa başlayıblar.

"Məni təhdid edən şəxsin kimliyini araşdırdıq. Məlum oldu ki, özünü Vəli Şükürov kimi təqdim edən şəxs barəsində silsilə yazılar hazırladığım Əlixan Musayevin yaxın adamıdır. İndi isə onun yaxın adamları zəng vurmağa başlayıblar. Onlar bir daha bu cür halın təkrarlanmayacağına söz veriblər”, - deyə Aqil Ələsgər bildirib.

Jurnalist deyir ki, zəng vuran şəxslər onun təhlükəsizliyinə zəmanət verməyiblər. Bu səbəbdən də, o, hüquq-mühafizə orqanlarına müraciət edəcək.
"Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğa müvafiq müraciətlər hazırlamışıq. Bu gün yazılı müraciətləri həmin qurumlara təqdim edəcəyik”, - deyə Aqil Ələsgər bildirib.

Bundan əlavə, həmin radikal qruplara yaxın şəxslər Aqil Ələsgərə geri çəkilməyini və bu məsələni davam etdirməməyini bildiriblər.

 

Xatırladaq ki, Aqil Ələsgər "Yeni Çağ”da Əlixan Musayevlə bağlı gedən materiallara görə ölümlə təhdid olunduğu barədə öz Facebook profilində status yazıb. Həmin materiallarda Əlixan Musayev adlı şəxsin  radikal qruplar yaradaraq Azərbaycanda xəvaricliyi açıq aşkar təbliğ etdiyi iddia edilir.

Qeyd edək ki, "Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin ölümlə hədələnməsi barədə məlumat vermişdik: http://az.baku.ws/incident/415-1azrbaycanda-daha-bir-jurnalist-oluml-hdlnir.html

Ayşən Ayxan
Ziya Səccad
BAKU.WS