VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Zərdabda qadınları və kişiləri şantaj edərək pul tələb edən şəxsi polis tutub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynovun BAKU.WS-ə verdiyi məlumata görə, mayın 11-də Zərdab rayon sakinləri F.M, B.F və A.Q Rayon Polis Şöbəsinə müraciət edərək cari ilin aprel ayında Çallı kənd sakini Qənimət Məmmədovun onlar barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etməsini bildiriblər.

Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Məmmədov saxlanılıb.

Faktla bağlı RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Ziya SƏCCAD
BAKU.WS