VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi olub.

BAKU.WS
"Report" agetnliyinə istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Quliyev Tahir İnşallah oğlu II mikrorayonda yerləşən “Nənəmin Təndiri” adlı iaşə obyektinin qarşısında tanışı ilə şəxsi münasibətlər zəminində əlbəyaxa dava edib.

Nəticədə tanışı ona bədəninin müxtəlif nahiyələrindən 16 bıçaq zərbəsi vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS