SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BAKU.WS 
publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə dustaq etiraz olaraq üzünü arxaya çevirməklə ayaq üstə dayanıb.

O bildirib ki, istintaqda ona qarşı çox haqsızlıqlar edilib və məhkəmədən işinə ədalətli baxılmasını istəyib.

Cavad İbrahimov hakimin suallarının heç birinə cavab verməyib.

İttihama görə, bu il yanvarın 11-də Yasamal rayonunun “Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü Nigar Namazovanın meyiti tapılıb.

Məlum olub ki, Nigar Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.

Qatilin Nigar Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum edilmiş kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cavad İbrahimov istintaqa verdiyi ifadəsində bildirib ki, qaynanası ona əxlaqsız hərəkətlər etməyi təklifi edib. Onun ifadəsinə görə, qayınanası həmin zaman onunla sevişməyi təklif edib: “Bu təklifdən sonra qayınanamı döydüm. Lakin onu öldürmək niyyətim olmayıb”.

Növbəti proses mayın 17-də davam edəcək.

BAKU.WS