VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyədə əxlaqsızlığın təbliği və fahişəliyin yayılması ilə məşğul olan dəstə ifşa edilib.

BAKU.WS
"Hurriyet"ə istinadən xəbər verir ki, keçirilən əməliyyat zamanı Sara Taqidyan adlı erməni qadının başçılıq etdiyi dəstə üzvləri saxlanılıb. Saxlanılan Sara Taqidyan Ermənistandan qadın və qızları Türkiyəyə apararaq varlı kişilərə satırmış. Saxlanılan Sara Taqidyan həm Türkiyədə, həm də Ermənistanda fahişə alverçisi kimi tanınıb.

Sara Taqidyan ilə birlikdə bir neçə erməni qadını da saxlanılıb. Saxlanılanlar növbətçi məhkəməyə təhvil verilib. Məhkəmədən sonra onlar barədə hüquqi qiymət veriləcək.

Cavid Babayev
BAKU.WS