VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İsrailin endirdiyi hava zərbəsi nəticəsində Suriyaya məxsus radiolokasiya stansiyası (RLS) məhv edilib.

BAKU.WS
xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb. Verilən məlumata görə, endirilən zərbələr nəticəsində bir radiolokasiya stansiyası məhv edilib.

Bundan əvvəl Qolan yüksəkliyində İsrail hərbçilərinin nəzarətindəki ərazi Suriya istiqamətindən atəşə tutulub. İsrail Müdafiə ordusunun yaydığı açıqlamada bildirilir ki, İranın "Əl-Qüds" qüvvələri tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub. Buna cavab olaraq İsrail aviasiyası Suriya ərazisində bir sıra hərbi obyektləri bombalayıb.

BAKU.WS