VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus SU-24 qırıcı təyyarəsi Türkiyə ilə sərhəddə vurulub.
 
BAKU.WS-in məlumatına görə, Türkiyəyə məxsusu F-16-ların hava məkanını pozan hərbi təyyarəni Suriya sərhədindəki Kızıldağ bölgəsində vurub. Türkiyə Prezident Administrasiyasından açıqlanan rəsmi məlumata görə, Su-24 tipli təyyarə Rusiya Hərbi Hava Qüvvələrinə məxsusdur. 

Rusiya döyüş təyyarələri bir müddətdir ki, türkmənləri də hədəf alan hava hücumları təşkil edir. Rusiya bölgədə daha çox Su-30 və Su-24 tipli təyyarələr istifadə edir. Bu təyyarələr nisbətən köhnə olan Miq-23-lərlə müqayisədə daha inkişaf etmiş texnologiyalarla təchiz edilib. 

Xatırladaq ki, Türkiyə Hava Qüvvələrinə məxsusu F-16 təyyarələri 23 mart 2014-cü il tarixində də hava məkanının pozduğu üçün Suriya Hərbi Hava qüvvələrinə aid Miq-23 tipli təyyarəni vurmuşdu.
 
Şahin Həbibov
BAKU.WS