VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Xətai rayonunda, "Həzi Aslanov” metro stansiyasının yaxınlığında 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb.
 
BAKU.WS-in məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xeyli canlı texnikası və qüvvəsi cəlb olunub. Yanğın hadisəsi Gəncə prospektilə Həzi Aslanov metrostansiyasının kəsişməsində qeydə alınıb. Sakinlərin məlumatına görə, yanğın transformatorun partlaması nəticəsində baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 117 kv.m olan tikilinin dam örtüyü yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ziya Səccad
BAKU.WS