SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünən Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Yavər Əliyev küçəsi, "Uğur-2" yaşayış kompleksində, 2-ci binanın 19-cu mərtəbəsində özünü ataraq öldürən şəxsin  kimliyi bilinib.


Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 23-də, saat 15 radələrində 1990-cı il təvəllüdlü Ayişə Dadaşovanın yaşadığı evin 19-cu mərtəbəsindən yıxılıb. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.


Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb.
Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.


Ziya Səccad

BAKU.WS