VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünən Binəqədidə özünü yandıran şəxsin kimliyi bilinib.


Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 23-də saat 12 radələrində Bakı Metropoliteninin "Azadlıq prospekti” stansiyasının yaxınlığında, 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırıb.


Nəticədə o ağır xəsarətlər alıb. Aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Deyilənlərə görə, "Muğanbank"ın qarşısında özünü yandıran Malik Hüseynovun kredit borcu olub.


Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb.

Ziya Səccad

BAKU.WS