SİZİN REKLAM BURADA!
055 213 76 73



Uşaqlıq dostunu qətlə yetirməkdə təqsirləndirilən Eşqin Rəsulov və ona köməklik edən Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Eşqin Rəsulov 18 il, Ramella Əlmuradova 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl ötən ilin noyabrında Quba rayonu, Alpan kəndində baş verib. Eşqin Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi yaşadığı Ramella Əlmuradovanın evinə çağırıb. Onlar birlikdə spirtli içki qəbul ediblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı Anar Balayev Eşqin Rəsulovu təhqir edib. Bu zaman Eşqin Rəsulov Anar Balayevi yerə yıxaraq, ona yumruq-təpik vurmağa başlayıb. Ciddi müqavimət görən Eşqin Rəsulov Ramelladan dostunun əl qolunu bağlamaq üçün ip istəyib. Ramella Əlmuradova da ipi gətirərək Anar Balayevin əl qolunu bağlayıb. E.Rəsulov köməksiz vəziyyətdə qalan Anar Balayevi döyə-döyə qətlə yetirib.

Eşqin Rəsulov ilkin ifadəsində dostunu sevgilisini zorlamaq istədiyi üçün qətlə yetirdiyini desə də, aparılan araşdırmalar zamanı qətlin qumar üstündə baş verdiyi məlum olub.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

BAKU.WS