VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıt şəhərində gənc qadın 5-ci mərtəbədən yıxılıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.

Gənc qadın yaşayış binasının 5-ci mərtəbəsindən yerə çırpılıb. Bu, şəhər sakini, 1991-ci il təvəllüdlü Nərgiz Cənnət qızı Qasımovadır.

Yaralı ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

BAKU.WS