VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gəncədə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 25-də Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib.

Baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb.

Bununla əlaqədar olaraq Komitə sədrinin tapşırığı əsasında qurumun əməkdaşları dərhal həmin ərazidə olub, mövcud vəziyyətlə yerində tanış olublar.

Məlumatda həmçinin qeyd olunur ki, operativ tədbirlər nəticəsində Alıməmmədov Malik Hidayət oğlunun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq köməklik göstəriləcək.

BAKU.WS