VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Lənkəranda kütləvi dava olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki bazar ərazisində, çayxanada qeydə alınıb.

Tükəvilə-Bazar xətti üzrə hərəkət edən marşrutun sürücüsü Veravul kənd sakini, 1958-ci il təvəllüdlü Azər Ağabala oğlu Musayev və digər bir sürücü, 1970-ci il təvəllüdlü İslam İsa oğlu Hüseynovla sərnişin arasında hələlik məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib. Nəticədə A. Musayev və İ. Hüseynov sərnişin tərəfindən döyülüb.

Onlar xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS