VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Samir Kasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Kasımov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Kasımov Cinayət Məcəlləsinin narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

O, məhkəmədə ifadə verən zaman özünü təqsirli bilmədiyini deyib. S.Kasımov heç zaman narkotik maddələrdən istifadə etmədiyini və satışı ilə də məşğul olmadığını dilə gətirib. O, həmçinin tanışının yas mərasimindən çıxan zaman polis tərəfindən saxlanıldığını bildirib.

Xatırladaq ki, S.Kasımov hazırda İstanbulda yaşayan azərbaycanlı "qanuni oğru", "Lotu Quli" kimi tanınan Nadir Səlifovun tərəfdarıdır.

BAKU.WS