SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəmkirdə ağır yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən bildirir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində Şəmkir sakini - 1990-cı il təvəllüdlü Ayaz Allahverdiyev, avromobilin sürücüsü, 1987-ci il təvəllüdlü Emin Məmmədov ölüb, 1998-ci il təvəllüdlü Elami Əmiraslanov, onun əmisi oğlu, 1996-cı il təvəllüdlü Xəyyam Əmiraslanov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS