VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistanda etiraz dalğası böyüməkdə davam edir. 

BAKU.WS-in Ermənistan KİV-ə istinadla verdiyi məlumata görə, paytaxt İrəvanda hərbi formalı yüzlərlə hərbçi hökumət əleyhinə etirazlara qatılıb. Bununla yanaşı, həkimlər və tələbələr də etiraz aksiyasında iştirak edir. Hər keçən saat etiraz dalğası daha da böyüyür. 

Müxaliflər konstitusiya dəyişikliyiylə yenidən baş nazirliyə gətirilən Serj Sarkisyanın istefa etməsini tələb edir. Serj Sarkisyan 17 apreldə parlamentdə keçirilən səsvermədə baş nazir seçilmişdi.

Qeyd edək ki, Serj Sarkisyan və müxalifət lideri Nikol Paşinyan arasında 3 dəqiqəlik görüşdən sonra Paşinyan yoxa çıxıb. Müxalifət liderinin oğurlandığı iddia olunur. 

Abbas
BAKU.WS