Ötən gün saat 12:50 radələrində Bakı metropoliteninin 28 may stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb. İçəri şəhər - Həzi Aslanov istiqamətində hərəkət edən 14 saylı qatar 28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın altına atıb. O, qatar relsin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Unikal.org-a açıqlamasına bildirib ki, intihar edən qızın kimliyi bəlli olub. Belə ki, hadisə nəticəsində intihar edən qadın 42 yaşlı 1976-cı il təvəllüdlü Lənkəran rayon sakini Səfərova Ruhəngiz Canəli qızıdır.

Qeyd edək ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqə gecikmə yaranıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, intihar edən qızın üzərində tapılan məktubda bəzi detallar qeyd olunub. İntihar edən qız ölümündə atasını günahlandırıb.

Özünü qatarın altına atan qızın cibindən çıxan kağızda bunlar yazılıb: "Ölümümdə atamı günahlandırın. Yaşım keçib deyə atamın dostu Fərruxa ərə gede bilmərəm. Yaşayan ölü kimi olmaqdansa, ölmək daha yaxşıdır".

Abbas
BAKU.WS