VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ağcabədidə 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Avşar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax rayonunun Daşsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Ceyhun Bayramov idarə etdiyi “Mutsubishi” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü C.Bayramov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər – Qazax rayonunun Daşsalahlı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Əliyev və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kənan Budaqov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS