VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Suraxanı rayonu ərazisində avtomobil yanıb. APA TV-nin xəbərinə görə, hadisə Aeroport şossesində qeydə alınıb.

Sürücü Elmar Abuzərovun taksi kimi idarə etdiyi "Daewoo" markalı minik maşını hava limanından şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zaman qəfildən tüstülənib. Bundan sonra avtomobilin mühərrik hissəsindən başlayan yanğın qısa zamanda güclənib.

Avtomobildə həmin vaxt sərnişinlər də olub. Ancaq hər kəs vaxtında yanan avtomobildən uzaqlaşıb. Hadisə barədə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Əraziyə cəlb olunan yanğınsöndürənlər yanan avtomobili söndürüb və alovun yayılmasına imkan verməyib.

BAKU.WS