VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saat təxminən 22:50 radələrində Ələt-Astara magistral yolunun rayonun Alar kəndi ərazisindən keçən hisəsindəki yanacaqdoldurma stansiyası yaxınlığında qeydə alınıb.

Kartofla dolu “Qazel” markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerinə cəlb olunmuş Cəlilabad və Biləsuvar "təcili yardım" maşınları ilə yaralılardan biri Cəlilabad, digər 3 nəfər isə Biləsuvar Mərkəzi Rayon xəstəxanalarına çatdırılıb.

İlkin məlumata görə, Cəlilabad xəstəxanasına aparılan yaralı yolda dünyasını dəyişib. Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS