SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında intihar hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, həmin xəstəxanada müalicə alan 1990-cı il təvəllüdlü Sənan Nəsibov özünü palatada asaraq intihar edib.

Onun cəsədi 3 saylı Sabunçu Xəstəxanasının morquna aparılıb.

Xəstəxanadan yenicag.az-a bildirilib ki, S.Nəsibov dəfələrlə intihara cəhd edib: “Sənan psixi xəstədir və xəstəxanaya gətiriləndə vəziyyəti ağır olub. Dəfələrlə boğazını kəsib, başını yarıb, özünə müxtəlif dərəcəli ağır xəsarətlər yetirib. Həkimlər onu xilas edib. Bu dəfə də heç kimə heç nə demədən palatada özünü asıb”.

BAKU.WS