SİZİN REKLAM BURADA!
055 213 76 73



Yevlaxda ağır yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində baş verib.

“VAZ-2106” markalı “66 BM 071” dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək idarəetməni itirib və yol kənarına düşüb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Yaralılar Yevlax Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, qəza zamanı avtomobildə 4 nəfər olub.

Hazırda qəzanın səbəbləri və zərərçəkənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

BAKU.WS