VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Goranboyda avtomobillə motoroller toqquşub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Qızılhacılı-Goran avtomobil yolunun Məşədiqaralar kəndi ərazisindən keçən hissəsində baş verib.

Cəfərov Vüqarın idarə etdiyi "Nissan" avtomobili motorollerlə toqquşub. Qəza nəticəsində motorollerdə olan 1996-cı il təvəllüdlü Əliyev Əfqan və 1990-cı il təvəllüdlü Mehdiyeva Lalə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS