VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Rezonans” verilişində bu dəfə Rəvan Bağırovun həbsxana həyatından bəhs olunub.

Rəvan Bağırov törətdiyi cinayətə görə, 11 il 6 ay həbs cəzası alıb.  

“1999-cu ildə hərbi xidmətdə yaralandım. Dizimdə problem var. O gündən bu yana əsa ilə gəzirəm. Həyatda namusdan şərəfli heç nə ola bilməz. Qonşuda Kamal adlı biri qalırdı. Bir gün mənə çatdırdılar ki, sizin qapıya gedib-gəlir. Əhəmiyyət vermədim. Sonralar gördüm ki, düz söhbətdir və onu çağırıb başa saldım. Mənə dedi ki, sizin qohumdan qız istəyirəm, ona görə gəlirəm. Fikrləşdim ki, normal haldır. Bir gün təsadüfən yoldaşımın telefonunu götürəndə gördüm ki, onunla baş-başa şəkilləri var. Dedi ki, bilməmişəm səhvən montaj eləmişəm. Yoldaşımı atasıgilə qoydum. Sonra həmin Kamalı tapdım, mənim üzərimə bıçaq çəkdi. Yanımda adamlar olduğu üçün heç nə demədim. Sonra zəng elədim, görüşdük və apardım həmin qohum qızgilin yanına. Dedi ki, biz bir-birimizi sevirik. Qardaşım kriminal aləmdə tanındığı üçün üzərimdə silah gəzdirirdim. O, yenə elədiyindən vaz keçmədi. Yenə bununla görüşüb başa salmağa çalışdım. İdmançı olduğu üçün məni təhqir elədi, ağzına gələni dedi. Ov tüfəngi ilə atəş açıb bir gülləyə öldürdüm. Daha sonra təcili yardıma xəbər verib, polisə təslim oldum. Heç vaxt şərəfimi ləkələməzdim. Hər ikisi səhv elədi. Peşmanam, kaş bu cür olmayaydı. Yoldaşımla bir neçə dəfə telefonla danışmışam. Səbəbin soruşanda deməyib. Uşaqlarım yaşlı atam və xalamla qalır. Qardaşım və anam vəfat edib. Xalam həm də qaynanamdır. Tək çətinlikləri maddiyatdır. O da sosial yardımla inanıram ki, düzələcək”.

BAKU.WS