VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nizami rayonu 24 saylı secki dairəsinin 11 saylı secki məntəqəsində toy ab-havası yaşanıb.

Gəlin və bəy toy günlərində şadlıq sarayına getməzdən əvvəl secki məntəqəsinə gəliblər. Onlar milli musiqnin sədaları altında secki məntəqəsinə gəlib, öz namizədlərinə səs veriblər.

Sadiq Rüstəmov və Səbinə Əliyeva həyatlarının ən əlamətdar günündə səs vermədən kənarda qalmadılar. Onlar seçki məntqəsinə gələrək öz səsvermə hüquqlarından istifadə ediblər. Bəy və gəlin deyir ki, toyun tarixini məhz özləri seçki gününə təyin ediblər.

Bəyin atası deyir ki, bu gün onlar üçün ikiqat sevincli gündür. Çünki toyla bərabər həm də ölkəmiz üçün ən əhəmiyyətli hadisədə iştirak edirlər.

Toy karvanı ilə seçki məntəqəsinə gələn bəy və gəlinin qohumları da öz səsvermə hüqülarından istifadə ediblər.

Bəylə gəlinin seçki məntəqəsinə gəlməsi müşahidəçilərdə də xoş əhval-ruhiyyə yaradıb.

Səsvermədən sonra bəylə gəlin elə gəldikləri kimi musiqi sədaları altında şadlıq sarayına yollanıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS