SİZİN REKLAM BURADA!
055 213 76 73



Naftalanda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, "VAZ 2106" ilə "VAZ 2115" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər Naftalan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Məmmədov Novruz Zabit oğlu, 1995-ci il təvəllüdlü Şərifov Nicat Akif oğlu, 1992-ci il təvəllüdlü Rəcəbov Ramil Hikmət oğlu və 1989-cu il təvəllüdlü Əliyev Yalçın İsmayıl oğlu müxtəlif bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlara tibbi yardım göstərilib. Yaralılardan birinin vəziyyəti ağır, digərlərinin isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS