SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəmkirdə məktəbli məktəbin həyətində ölüm hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndində baş verib.

Kənd sakini, 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayan zaman anidən yerə yıxılıb. Dərhal həkim çağırılsa da, onun dünyasını dəyişdiyi məlum olub. Ölümün səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

BAKU.WS