VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Fransada yaşayan iki azərbaycanlı - “kriminal aləm”də “Opasnı Roma” və Rahim Şəkinski kimi də tanınan Rahim Namazov və həyat yoldaşının güllələnmə anının görüntüsü yayılıb.

BAKU.WS-in məlumata görə, hadisə Tuluza şəhərinin yaxınlığındakı Kolomye şəhərində qeydə alınıb. Qeyd olunub ki, “Audi” markalı avtomobildən düşən şəxs digər avtomobildə olan Rahim Namazov və həyat yoldaşına 7 güllə vurub və hadisə yerindən qaçıb.

Güllələnən Rahim Namazovun vəziyyəti ağırdır, həyat yoldaşı isə xəstəxanada ölüb. Hadisə ilə bağlı yerli prokurorluq orqanı araşdırma aparır.

Qeyd edək ki, R.Namazov Azərbaycanda məhkumluq həyatı yaşayıb, o cümlədən bir dəfə dələduzluğa görə 1 il icbari həbs cəzası alıb. Onun Azərbaycanda müxtəlif şəxslərdən pul alaraq onları aldatdığı da bildirilir.

“Rahim Şəkinski” İstanbulda mənzillənmiş azərbaycanlı “vor zakon” “Lotu Quli”nin ünvanına söyüşlər yağdıraraq onu YouTube-də yerləşdirib. O, özünü İstanbulda güllələnmiş “Rövşən Lənkəranski”nin tərəfdarı kimi təqdim edib. Bundan sonra “Lotu Quli”nin tərəfdarları “Rahim Şəkinsiyə” YouTube vasitəsilə söyüşlər ünvanlayıblar. Qarşılıqlı söyüşmə günlərlə davam edib.

Qeyd edək ki, hadisənin videosunu ilk dəfə bax.tv yayıb.

BAKU.WS