Qazaxda avtobus və minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.

BAKU.WS APA-ya istinadən bildirir ki, qəza Bakı-Qazax-Tbilisi magistral yolunun, Qazax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtobusun "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Qazax Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS