SİZİN REKLAM BURADA!
055 213 76 73



Mingəçevir şəhərində 24 yaşlı qızı velosiped vurub.

BAKU.WS ”Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində piyada keçidində baş verib.

Belə ki, yolu keçmək istəyən 1994-cü il təvəllüdlü şəhər sakini Elnarə Elxan qızı Abdullayevanı velosiped vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb olan velosipedçi hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS