SİZİN REKLAM BURADA!
055 213 76 73



Gömrükçülər 2 kiloqrama qədər heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, narkotik vasitə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Emin Hidayət oğluna məxsus "Mersedes Benz-200” markalı, 90-GB-883 nömrəli minik avtomobilində aşkar edilib.

 

Belə ki, Astara Gömrük İdarəsinin əməkdaşları Sərnişin nəqliyyat şöbəsinin gömrük yoxlama xəttində avtomobilə gömrük nəzarətini həyata keçirən zaman "Mimi” ləqəbli kinoloji xidmət iti nəqliyyat vasitəsinin salonuna reaksiya verib. Bunu nəzərə alan gömrükçülər qanunvericiliyin tələbinə uyğun olaraq nəqliyyat vasitəsinə baxış keçirib.

 

Yoxlama zamanı avtomobilin salonunda, alətlər panelinin arxasında gömrük nəzarətindən gizlədilən, qara rəngli kauçuk məmulatına bükülü vəziyyətdə 5 ədəd uzunsov formalı bağlamada ümumi xalis çəkisi 1 kiloqram 850 qram narkotik vasitə-heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS