VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə iki nəfəri öldürməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə prosessi başa çatıb.

BAKU.WS Yenicag.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin sentyabr ayında baş verib.

Hökmə əsasən S.Hacıyev ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin sentyabrında yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib. Araşdırmalarla onların Müşfiqabad qəsəbə sakinləri – 64 yaşlı Allahverdi Əsədov və onun qızı, 38 yaşlı Samirə Əsədova olduğu müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin Samirə Əsədova ilə qeyri-rəsmi nikah münasibətində olan 50 yaşlı Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.

Şahidlərin sözlərinə görə, Sahib Hacıyev maşından götürdüyü bıçaqla qadının boğazına, onun atasının isə bədən nahiyəsinə çoxsaylı zərbələr vurub. Ətrafdakılara isə ailə məsələsi olduğunu deyərək yaxına gəlməmələrini istəyib.

Həmin anın görüntülərini təqdim edirik.

BAKU.WS