SİZİN REKLAM BURADA!
055 213 76 73



Şamaxı rayonunda intihar edən şəxsin adı məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Çölbağırlı kənd sakini, 2001-ci Mirzəyeva Ulduz Şəfi qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Valideynləri onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. U. Mirzəyeva xəstəxanada ölüb.

Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.

Kənd sakinləri bildiriblər ki, Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

BAKU.WS