SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda mağazada oğurluq hadisəsi kameraya düşüb. 

BAKU.WS-in "qaynar xətti"nə göndərilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində baş verib. 

"20 Yanvar" metrosu yaxınlığındakı ticarət mərkəzində mağazada baş verən oğurluq hadisəsi müşahidə kamerası vasitəsi ilə qeydə alınıb.

27-30 yaşları arasında bir gənc mağazada heç kimin olmadığını görərək içəri daxil olub və pul qabını götürüb.

Oğurluq hadisəsi anbaan kameraya düşüb. Mağaza sahibi 20-ci polis bölməsinə faktla bağlı məlumat verdiyini bildirib. 

Həmin görüntüləri təqdim edirik: 

Abbas
BAKU.WS