SİZİN REKLAM BURADA!
055 213 76 73



"Aprel döyüşlərində xeyli ərazi və bir çox strateji yüksəklikləri itirdik. İtkilərin çox olmasının səbəbi isə sıradan çıxmış, köhnə texnika olub".

Bu sözləri aprel döyüşlərində iştirak etmiş erməni döyüşçü David Kaqramanyan deyib.

O etiraf edib ki, aprel döyüşlərində özünün də olduğu Madagiz postunda 29 ölü və 38 yaralı olub: "Hakimiyyət isə bu faktları ört-basdır etmək istəyir. Ancaq biz buna imkan verməyəcəyik".

Kaqramanyan daha bir önəmli da məqama toxunub. Onun sözlərinə görə, aprel döyüşlərində ağır yaralanıb. Müalicə alsa da, amma hazırda səhhətində ciddi problemlər var. Nə qədər müraciət etsə də dövlətdən heç bir sosial yardım və maddi dəstək ala bilmir.

"Dövlət büdcəsində vəsaitin olmadığını izah edərək mənə yardım etməkdən imtina edirlər. Hazırda mənim kimi ağır və maddi çətinliklərlə üzləşən döyüşçülər çoxdur. Ancaq tanışı və vəzifəli qohumu olanlar nəsə ala bilirlər. Hakimiyyətin bu etinasızlıgına bütün keçmiş döyüşçülər etiraza qalxmaga hazırlaşırlar",-deyə D.Karqamanyan bildirib.

Başqa bir erməni döyüşçü isə bildrib ki, aprel döyüşlərinin iştirakçılarına təhqiredici imtiyazlar verilib. Bəzilərinin hərbi biletində müharibə iştirakçısı barədə müvafiq qeydlər aparılmayıb. Təhsil haqqı güzəştləri gənclər fondu vasitəsilə təqdim edilib.

Bu barədə erməni mətbuatına aprel döyüşlərinin iştirakçısı "Dirkapah" ictimai birliyinin təsisçisi Manuel Manukyan bildirib. O, aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində hər şeyi xatırladığını və nə baş verdiyini indi dərk etdiyini deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi aprel döyüşlərində çoxsaylı itkilərdən nəticə çıxarmır, hərbdə yenə də korrupsiya halları tügyan edir. Əsgərlər dözülməz şərtlər daxilində qulluq edirlər, heç kəs öz övladını Qarabaga göndərmək istəmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS