VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ağdam rayonunun Eyvazlı kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“VAZ 21015” markalı 90-XT-485 dövlət nömrə nişanlı avtomobil “Lada Priora” markalı 02-BM-892 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə şəxs isə ağır xəsarət alıb. Qəzada ölən şəxsin VAZ-21015-in sürücüsü Mirzəyev Ramil olduğu müəyyənləşdirilib. Onun Mədəniyyət və Turizm Nazirliyinin Ağcabədi şöbəsinin işçisi olduğu bildirilir.

Hadisə nəticəsində xəsarət alanlardan biri isə “Lada Priora”nın sürücüsü, Quzanli kənd sakini Məhərrəmov Ceyhun Adil oğludur. Qəzanın səbəbləri araşdırılır.

APA
BAKU.WS