SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin paytaxtı Ankarada qaynanası ilə eşq yaşayan yeznə cinayət törədib. 

BAKU.WS-in məlumatına görə, hadisəyə səbəb bu gizli eşqi qadının oğlu Sərdarın bilməsi olub. Oğul anası Yetərin qaynı ilə mesajlarını oxuduqdan sonra onları öldürmək qərarına gəlib. 

Daha sonra dayısı Yusufla görüşərək qaynını axtarmağa yollanıb. İlk görüşdə mübahisə düşüb və tərəflər arasında qarşıdurma baş verib. Hadisə zamanı yeznə Yusufu silahla vuraraq yaralayıb. Hadisə nəticəsində Yusuf dünyasını dəyişib.  

Yeznə "Qəsdən adam öldürmək" maddəsi ilə saxlanılıb. Məhkəmə prosesi zamanı məlum olub ki, qaynana Yetər ərinin ölümündən 2 ay keçdikdən sonra yeznəsi ilə münasibətləri başlayıb. Qadının sözlərinə görə, yeznəsi ona Facebook-da yazaraq münasibət qurmağı istəyib.

"Mən əvvəlcə onunla münasibət qurdum. Ancaq sonradan əməlimdən peşman oldum və səhv etdiyimi anladım. O, qızımı sevmədiyini, qızımı və məni birlikdə idarə edə biləcəyini söylədi. Mən yenə qarşı çıxdım. O, mənə dedi ki, əgər mənimlə cinsi əlaqəyə girsən qızına və oğluna zərər verəcəyəm. Mən də onun bu təklifini qəbul etdim, çünki onun mənim oğluma və qızıma zərər verəcəyindən qorxdum".

Abbas
BAKU.WS