VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Abşeron rayonu, Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verib.

BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KAMAZ" markalı avtomobil kuzada olan yükün boşaldılması zamanı aşmış, nəticədə sürücü, 1965-ci il təvəllüdlü Əhmədov Nəriman Qurban oğlu nəqliyyat vasitəsinin altında qalaraq ölüb.

Sürücünün cəsədi xilasedicilər tərəfindən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat başa çatıb.

BAKU.WS