VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiya Prezidenti Vladimir Putin Kemerovo şəhərinə gəlib.

BAKU.WS xarici mediaya istinadla xəbər verir ki, səfər zamanı Putin 64 nəfərin ölümünə, 50 nəfərin yaralanmasına səbəb olan faciənin baş verdiyi Kemerovodakı ticarət mərkəzində olub.

Rusiya prezidenti hadisənin baş vermə səbəbini açıqlayıb. O bildirib ki, hadisəyə səhlənkarlıq səbəb olub.

Putin ölənlərin ailələrinə və yaxınlarına dərin hüzünlə başsağlığı verib.

Rusiya prezidenti Sibir Federal Dairəsinin səlahiyyətli nümayəndəsi Sergey Menyaylo ilə birlikdə yanğının baş verdiyi əraziyə baxış keçirib və tapşırıqlarını verib.

Rəşad Əliyev
BAKU.WS