SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda intihara cəhd olub. APA TV-nin məlumatına görə, Xətai rayonu ərazisində, Xocalı prospektində bir qadın doqquzmərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atmaq istəyib.

O, yaşadığı mənzilin eyvanına çıxaraq intihar edəcəyini deyib. Hadisə yerinə təcili FHN-in xilasediciləri cəlb edilib. Ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb.

Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. Eyvandan düşürülən şəxsə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS