SİZİN REKLAM BURADA!
055 213 76 73



Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 20 kv.m olan birotaqlı mənzildə 2 ədəd məişət avadanlığı yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

BAKU.WS