Bakının Sabunçu rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib.

BAKU.WS Lent.az xəbər verir ki, 25 yaşlı qız özünü metronun "Koroğlu” stansiyasının yaxınlığındakı körpüdən atıb. Avtomobil yoluna düşən gənc qız hadisə yerindəcə keçinib.

İlkin araşdırmalardan sonra intihar edən şəxsin 1993-cü ildə doğulduğu və adının Könül olduğu məlum olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS