SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağstafa sakinini qatar vurub.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Ağstafa Dəmir Yol vağzalında baş verib.

Ehtiyatsızlıq nəticəsində Ağstafa şəhər sakini 1957-ci il təvəllüdlü Məmmədov Akif Mürsəl oğlunun hər iki ayağı qatarın altında qalıb. Dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən A. Məmmədovun hər iki ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS