SİZİN REKLAM BURADA!
055 213 76 73



Xırdalan şəhərində gənc qadın bıçaqlanaraq öldürülüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Türkanə Kamran qızı Məmmədcanova həyat yoldaşı (hələlik ad soyadı açıqlanmır) ilə mübahisə edib. Nəticədə əri T.Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

BAKU.WS