SİZİN REKLAM BURADA!
055 213 76 73



NASA-nın aşkarladığı 500 metr uzunluğundakı asteroidin Dünyanı məhv edəcəyi iddia edilir.

BAKU.WS xarici mətbuata istinadən bildirir ki, "Bennu" adı verilən asteroidin məhv edilməsi üçün NASA iki fikir üzərində dayanıb.

Bunlardan birincisi 8 tonluq kosmos aparatının həmin asteroidlə toqquşdurulmasıdır. Alimlər bu yolla asteroidin istiqamətini dəyişdirib, onu dünyadan uzaqlaşdırmağı planlaşdırırlar.

İkinci yol isə asteroidin nüvə silahı ilə parçalanmasıdır. Ancaq bu, Dünya üçün də təhlükəli ola bilər.

Qeyd edək ki, "Bennu"nun 2135-ci ildə Dünyaya çırpılacağı təxmin edilir.

Nihat HÜSEYNZADƏ
BAKU.WS