SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı futbolçu və futbol məşqçisi, "Neftçi" klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev dünyasını dəyişib. 

BAKU.WS-in məlumatına görə, bu barədə ATV kanalının aparıcısı, idman jurnalisti Sənan Şəfizadə məlumat verib. 

O, sosial şəbəkədə üzücü xəbəri paylaşıb və bunları yazıb: 

"Çox təəssüf. "Neftçi"ylə tarix yazan Böyükağa Hacıyev vəfat etdi. Daha onunla maraqlı müsahibələr, "Dədə mən deyəni olduğu kimi yaz" deyən olmayacaq. Allah rəhmət eləsin".

Hacıyev futbola Ağdam şəhərinin Qarabağ FK futbol klubunda başlayıb. Əvvəlcə Ağdam klubunda uşaq məşqçisi kimi işləyən Hacıyev 1995-cu ildə bu komandanın əvəzedici heyətinin baş məşqçisi olub. 1998-ci ildə Qarabağla Azərbaycan kubokunun finalında məğlub olmaqla 2-ci yerlə kifayətlənib. Sonra o 1999-cu ildə Naxçıvanın Araz Naxçıvan klubunun baş məşqçisi olmuşdur!Lakin komanda maliyyə çətinliklərinə görə bir ildən sonra dağılıb. Buna görə də Hacıyev İrana yollanmış və Təbrizin Maşınsazi klubunda baş məşqçinin köməkçisi işləmişdir. Komandanın baş məşqçisi istefa verdikdən sonra Hacıyev komandanın baş məşqçisi olub.

2004-2005 mövsümündə Təbrizin digər klubunda Traktor Sazidə baş məşqçi işləmiş və bununla da İranda böyük iş təcrübəsi qazanıb.

2005-ci ildə Hacıyev Azərbaycan milli futbol komandasında baş məşqçi Vaqif Sadıqovun köməkçisi işləyib.

2006-cı ildə çempionatın sonuna 8 tur qalmış Bakı klubunun baş məşqçisi olmuş və ilk çempionluğunu bu klubla qazanıb. 2009-2010-cü ildə Standard Sumqayıt klubunu çalışdırıb. Lakin bu onun üçün uğursuz olmuşdur və komandası elitanı tərk edib.

2011-ci ildə gözlənilmədən Neftçi Bakı klubunun prezidenti Sadıq Sadıqov Hacıyevi klubunun baş məşqçisi təyin edir. Bununla da Neftçi Bakı son çempionluğunu qoruyur və ardıcıl 2-ci ümumilikdə isə 7-ci çempionluğunu qazanır. 2011-2012 mövsümündə çempion olandan sonra Neftçi Bakı ilə Avro Liqanın qrup mərhələsində çıxış edərək Azərbaycan futbolunda tarix yazır. Növbəti mövsüm Neftçi Bakı ilə yenə də çempion olur və bu dəfə hədəfi Çempionlar Liqasının qrup mərhələsi olur. Lakin elə ilk görüşdəcə Albaniyanın Skenderbeu klubuna iki görüşün nəticəsinə görə (0:0,1:0) məğlub olur və söz verdiyi kimi istefasını verir. Lakin 2014 cü ildə yenidən Neftçi Bakıya qayıdır.

Nailiyyətlər

Azərbaycan çempionatı

Qalib (3): (2005/2006, 2011/2012, 2012/2013)
3-cü yer (1): (2006/2007)
Azərbaycan Kuboku

Qalib (2): (2012/2013, 2013/2014)
Finalçı (2): (1997/1998, 2011/2012)
Şöhrət ordeni

Şahin
BAKU.WS