SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün "28 may" metro stansiyasında ölüm faktı qeydə alınıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BAKU.WS-ə bildirb ki, hadisə saat 15:35 radələrində qeydə alınıb.

"1953-cü il təvəllüdlü Bakı şəhər sakini Mərdanov Vasif Şamil oğlu 28 may stansiyasına çatanda özünü pis hiss edib və qatardan düşüb. Dərhal ilkin müdaxilə edilib, təcili tibbi yardım çağrılıb. Lakin həkimlər gələnə kimi həmin şəxs keçinib. İlkin ehtimala görə, onun ürək tutmasından vəfat etdiyi güman edilir".

Faktla bağlı araşdırma aparılır

BAKU.WS